
"Beşiktaş"ın yeni hücumçusu Temmi Abraham klub tarixində iz qoymağı bacarıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı forvard dünən "Sen-Patrik"ə qarşı keçirilən və 4:1 hesabı ilə bitən qarşılaşmanın ilk hissəsində het-trik edib.
Bu nəticə ilə Abraham Avropa kuboklarında "Beşiktaş"ın heyətində bir oyunun ilk hissəsində 3 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Sözügedən hücumçu sürəti, fiziki gücü və qapı qarşısındakı soyuqqanlılığı ilə oyunun ən parlaq siması olub.
Kamil Xudiyev