16:29 09.07.2013 1233

AFFA hakimləri təhqir edən oyunçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub:

7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” – “Şəfəq” matçının 90+3-cü dəqiqəsində “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov azarkeşləri təhqir etmiş və bir neçə azarkeşlə dava etmişdir. Həmin anda “Şəfəq” klubunun digər futbolçuları baş verən hadisə yerinə tərəf qaçsalar da, polis tərəfindən dayandırılmış və münaqişənin qarşısı alınmışdır. Oyun başa çatdırılmamışdır. İntizam Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:

- “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov dava-dalaşda iştirak etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 39).

- “Şəfəq” klubunun 8 №-li futbolçusu Emil Cəfərov və 1 №-li futbolçusu Elvin Məmmədov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

- “Şəfəq” klubunun təqsiri nəticəsində oyun sonadək oynanılmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 49).

7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Gənclik” matçının 26-cı dəqiqəsində “Suqovuşan” klubunun 4 №-li futbolçusu Güləhməd Mirzəyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

 Oyunun 60-cı dəqiqəsində “Gənclik” klubunun 50 №-li futbolçusu Teyyub Hüseynov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

4 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qobustan” – “Zirə” matçında “Zirə” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “Aran” matçının 72-ci dəqiqəsində “Aran” klubunun 18 №-li futbolçusu Şahin Rüstəmov təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 73-cü dəqiqəsində “Aran” klubunun 12 №-li futbolçusu Nicat Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

3 iyul 2013-cü il Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bolluq” – “Titan” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 №-li futbolçusu Zaur Səmədov hakimlərə hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanır (maddə 44).

 İdman24.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X