
"Araz-Naxçıvan" yoxlama oyunu keçirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futzal üzrə Azərbaycan çempionu ölkəmizdə toplanışda olan Rusiyanın "Kaspi" klubunun U-19-u ilə gücünü sınayıb.
Naxçıvan təmsilçisi baş məşqçi Yevgeni Kukseviçin həmyerlilərinə güzəşt etməyiblər. Görüş komandamızın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Araz-Naxçıvan"ın qollarını Xəzər Ağalızadə, Ədalət Ələkbərov və Aleks Rezende Da Silva və Juan Markos Peruzzo vurublar.
Qeyd edək ki, "Araz-Naxçıvan" cari mövsüm Yüksək Liqada keçirdiyi 3 oyunda 7 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Son çempion hazırki lider "Neftçi" İK komandasından 2 xal geri qalır.
Mirağa