
Azərbaycan futbolunun gənc və istedadlı simalarından olan Edqar Adilxanov karyerasında mühüm bir addım ataraq xarici menecerlik şirkəti ilə əməkdaşlığa başlayıb.
Fanat.Az xəbər verir ki, "LA Football Consulting" agentliyi "Şamaxı"nın gənc futbolçusunu öz sıralarına qatdığını rəsmən elan edib.
Agentliyin yaydığı bəyanatda Azərbaycandan olan növbəti böyük istedadı təmsil etməkdən qürur duyduqları və birlikdə böyük uğurlara imza atacaqları xüsusi vurğulanıb.
Bu müqavilənin gənc futbolçumuzun gələcəkdə Avropa klublarına transfer olunmasında mühüm rol oynayacağı gözlənilir.
Kamil Xudiyev