
Misli Premyer Liqasının (MPL) 11-ci turunda Sumqayıtda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə uduzan "Karvan-Yevlax"ın milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki hazırlıq planları bəlli olub.
Bunu Fanat.Az-a bölgə təmsilçisinin sözçüsü Bəhruz Musayev açıqlayıb:
"Komanda "Araz-Naxçıvan"la oyundan sonra 4 fün istirahət etdi. Dünəndən məşqlər bərpa olunub. Adi qaydada növbəti matça hazırlaşırlar. Çox güman ki, yoxlama oyunu keçirilməyəcək".
Xatırladaq ki, "Karvan-Yevlax" MPL-in 12-ci turunda "Kəpəz"i qəbul edəcək.
Nihat