
Bu gün qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz E qrupunun 2-ci turu çərçivəsində Monteneqro yığmasını qəbul edəcək.
Görüş Bakı İdman Sarayında baş tutacaq və saat 15:00-da start götürəcək.
Azərbaycan ilk turda Bolqarıstana 48:141 hesabı ilə məğlub olub, Monteneqro isə öz meydanında Ukraynaya (65:71) uduzub.
Komandamız növbəti oyununu 18 noyabrda Ukraynaya qarşı keçirəcək. Qrupun daha üç oyunu gələn ilin martında keçiriləcək.
Reqlamentə görə, final mərhələsinə vəsiqə qazanmaq üçün ilk iki yeri tutmaq və ya öz qruplarında üçüncü yeri tutan komandalar arasında ən yaxşı nəticə göstərmək lazımdır. AÇ-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.
AÇ-2027
Seçmə mərhələ
2-ci tur, E qrupu
15:00. Azərbaycan – Monteneqro
Bakı. İdman Sarayı.
Azərbaycan millisi AÇ-də bu heyətlə mübarizə aparır: Aylin Ələkbərzadə, Leyla Allahverdiyeva, Deniz Gökçel, Mədinə Məmmədova, Angelina İsmayılova, Səlminaz Ramazanlı, Şilan Akbingel, Aylin Niftəliyeva, Sitarə Abbasova, Qalina Quşina, Alexandra Mollenhauer, Polina Şukina.