
“Mançester Yunayted”in gənc ulduzu Kobbi Maynu komandadan ayrılmaq fikrinə düşüb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Ruben Amorimin ona kifayət qədər güvənmədiyini düşündüyü üçün bu qərarı nəzərdən keçirir.
"Fotomaç" nəşrinin məlumatına görə, Maynuya artıq iki klub ciddi maraq göstərir. Türkiyənin “Fənərbağça” (Türkiyə) və “Latsio” (İtaliya) gənc futbolçunu transfer etməyi arzulayırlar.
Gənc oyunçunun yay transfer pəncərəsində mövqeyini ortaya qoyacağı gözlənilir.
Kamil Xudiyev