
"Neçə vaxtdir yeni stadionumuzun hazır olmasını gözləyirdik. Sevinirik ki, növbəti oyunumuzu öz doğma meydanımızda, azarkeşlərimizin önünde oynayacağıq".
Bunu Fanat.Az-a açıqlamasında Misli Premyer Liqasının 12-ci turunda Yevlaxda "Kəpəz"i qəbul edəcək "Karvan-Yevlax"ın hücumçusu Uğur Cahangirov deyib.
Cari mövsümdə ilk dəfə evdə mübarizə aparacaq debütantın futbolçusu əlavə edib: "Bildiyiniz kimi, 11 turdur səfərdə oynayırdıq və bunun çətinliyini çəkirdik. Hətta deyərdim ki, biz öz meydanımızda oynasaydıq, bu gün 5 deyil daha çox xal toplaya bilərdik. Oyuna tam ciddi ve motivasyali şəkildə hazırlaşırıq. Komandada əhval-ruhiyyə yaxşı səviyyədədir. yaxşı səviyyədədir. İnanırıq ki, "Kəpəz"lə oyunda 3 xali götürən tərəf biz olacağıq".
Nihat