
Adı "Neftçi" ilə yanaşı çəkilən ukraynalı mütəxəssis Yuri Vernidub yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 59 yaşlı çalışdırıcı Ukraynanın "Tribuna" saytına danışıb:
"Neftçi" ilə razılığa gəldiyimi yazırlar? Kim nə yazırsa, yazsın, mən heç kimlə danışmamışam, heç bir jurnalistlə əlaqə saxlamamışam. Elə bil Vatskonun WhatsApp-da nəsə gördüyü kimi bir şeydir. Hazırda Zaporojyedəyəm, mağazadan çıxıb yolla gedirəm.
Klubla danışıq olubmu? Bu haqda danışmaq ustəmirəm. Heç bir əsas yoxdursa, nəsə demək düzgün olmaz".
Xatırladaq ki, "Neftçi" Premyer Liqanın 12-ci turunda "İmişli"dən alınan 1:2 hesablı məğlubiyyətdən sonra Samir Abasovu istefaya göndərib.