
“Mançester Yunayted” “Real Madrid”in uruqvaylı ulduzu Federiko Valverde üçün ciddi təklif hazırlayıb.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi Valverdenin transferi üçün 80 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, “Real Madrid” bu məbləği kifayət hesab etmir və futbolçunun dəyərini 100 milyon avro olaraq müəyyənləşdirib. Madrid klubu Valverdeni layihənin əsas sütunlarından biri kimi gördüyü üçün onun ayrılmasına yalnız yüksək təkliflə razı ola bilər.
Transferin taleyi klub rəhbərlərinin danışıqlarda hansı mövqe ortaya qoymalarından asılı olacaq.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bu mövsüm 18 matçda 4 asistlə fərqlənib.
Kamil Xudiyev