16:40 24.12.2025 550

Zaqataladakı gülünc reallığa sözardı - Kimdir müqəssir?

1-ci Liqa təmsilçisi "Zaqatala"nın 12-ci turunda MOİK-ə 1:3 hesabı ilə uduzduğu oyundan sonra texniki məğlubiyyətlə cəzalandırılması maraqlı bir sıra üzücü məqamların da ortaya çıxması ilə nəticələndi. Məlum oldu ki, legioner limitini pozan meydan sahibləri əsasnamədə yazılanları tam şəkildə dərk edə bilmədikləri üçün yanlışlığa yol veriblər. Belə ki, bölgə təmsilçisinin baş məşqçisi Fanat.Az-a açıqlamasında maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb, limitin pozulduğu oyunçu dəyişikliyindən öncə isə həm 4-cü hakimə, həm də AFFA nümayəndəsinə dəqiq bilmədikləri məqamla bağlı müraciət ünvanladıqlarını deyib.

Öncə Məmmədovun dediklərini xatırladaq: "Habibu Abdurəşid 53-cü dəqiqədə qırmızı vərəqə alandan sonra yerli futbolçu Roini İsmayılovu digər legioner Matondo Lumbu Preddi ilə əvəzlədik. Legioner limitinin 8+3 olduğunu təbii ki, bilirik. Amma həmin vaxt çaşqınlıq yarandı. Çünki Əsasnamədə bu məqam ətraflı şəkildə izah olunmayıb. Texniki məğlubiyyətin səbəbi bir qarşılaşmada 4 legionerin meydana çıxmasıdır. Başqa sözlə, eyni vaxtda yerlilərin sayının 8 yox, 7 olması bu cəzanın verilməsi ilə nəticələndi. 

Əslində, dəyişikliyi etməmişdən əvvəl həm 4-cü hakimdən (Ruslan Quliyev), həm AFFA nümayəndəsindən (Mübariz Hüseynov) yerlini legionerlə əvəzləməyin qayda pozuntusu olub-olmadığını soruşduq, onlar da bilmədilər. Hakim-inspektor isə yuxarıda klubun prezidenti Şaban Şirdanovun yaxınlığında idi. O da konkret nəsə demədi. Onları suçlamaq niyyətindən uzağam, günahı kiminsə üstünə atmırıq. Dediyim budur ki, belə bir kuryoz vəziyyət yarandı. Problem maarifləndirmədədir. Yəni əsasnamədə yazılanların bəzilərini ətraflı izah etmək də lazımdır. Bu, ümumi problemdir. Uduzduğumuzu nəzərə alsaq, texniki məğlubiyyəti faciə saymırıq. Amma qalib gəlsəydik, hər şey başqa cür olacaqdı".

Əsasnaməni nəzərdən keçirək

Bununla bağlı Əsasnamədə konkret bəndlər mövcuddur. Belə ki, Əsasnamənin 3-cü maddəsənin 13.1 və 13.2 bəndlərində qeyd olunur ki, I Liqada limit 8+3 prinsipinə uyğun olaraq müəyyənləşdirilir. Start heyətdə (ilk 11-lik) 8 nəfər Azərbaycan vətəndaşı olan futbolçu yaş limiti olmadan iştirak edə bilər. Start heyətdə (ilk 11-lik) maksimum 3 legioner futbolçu ola bilər. Əgər komanda 11 futbolçudan az oyunçu ilə meydana çıxmaq məcburiyyətindədirsə, bu zaman legioner futbolçu limiti pozulmamalıdır. Həmin maddənin 15-ci bəndində isə qeyd olunur ki, əvəzetmə zamanı limit pozulmamalıdır. 19-cu bəndin 6-cı alt bəndinə görə isə əvəzetmə zamanı futbolçulara tətbiq olunan limit pozularsa, bu zaman məsələ AFFA İntizam Komitəsində müzakirəyə çıxarılır.

Hamı səhv edə bilər, amma...

Gördüyünüz kimi, adam matçın məsul şəxslərinin komandaya doğru ilə yanlışın fərqini izah edə bilmədiklərini, başqa sözlə əsasnamədən xəbərsiz olduqlarını dilə gətirib. Şübhəsiz, hamının səhv etməsi mümkündür, üstəlik, "Zaqatala"nı texniki məğlubiyyətdən xilas etmək 4-cü hakimlə AFFA nümayəndəsinin görməli olduğu iş deyil. Lakin bu şəxslərin onlardan yardım istəyənlərə əsasnamənin tələbləri ilə bağlı dolğun məlumat verməyi bacarmaması gülünc reallıqdır. Başqa sözlə, biabırçılıq. Belə çıxır ki, oyunun rəsmilərinin nəyi nə dərəcədə bildikləri yoxlanılmır. Əslində, bu adamların hər biri imtahan verəndən sonra matçlara təyin olunurlar. İmtahan ərəfəsində öyrəndiklərini unudublarsa, deməli, ya imtahan arzulanan səviyyədə götürülməyib, ya da əsasnamədə yazılanlar çox qəlizdir. Hə, klubların daha yüksək səviyyədə maarifləndirilməsinə də xüsusi ehtiyac var. Yəni bu işin məsuliyyətini çiyinlərinə götürənlər futbol yarışlarında növbəti kuryoz halların, anlaşılmazlıqların qarşısını almaq üçün maarifləndirməni də yeni səviyyəyə çatdırmalıdırlar.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Sentyabr 2026
10:30

Azərbaycan klubu ev oyunlarını daha Şamaxıda keçirməyəcək

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Neftçi" rəqiblərinə çətin anlar yaşadacaq" - Aslan Kərimov

09:25

"Anam ora getməyimi istəyirdi" - Kilian Mbappe

09:00

Azərbaycan millisi Tacikistanla qarşılaşır

01:37

"Neftçi"nin "qol silahı"na bu klublar elçi düşdü

22 Sentyabr 2026
23:55

"Qalatasaray"dan ilin transfer bombası

22:44

"Naxçıvan" klubu ABŞ-li basketbolçu Ceremi Hayesi heyətinə qatdı

22:12

Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub

21:53

Azərbaycan çempionatı Super Liqa adı altında keçiriləcək

21:10

Rafinya - Yamal tandemindən inanılmaz rekord

20:28

Oleq Kojenets "Naxçıvan"da

20:11

"Mahir Emrelini tərifləyəndə çox sevindim" - Ayxan Abbasov

19:40

"Hər oyuna eyni qaydada hazırlaşıram" - Rəhman Daşdəmirov

19:14

"Gəncəbasar" Azərbaycanın U-19 millisi və Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq

18:41

Azərbaycanın güləş millilərinin məşqçiləri üçün təlim proqramı təşkil olundu

18:11

Tacikistan millisinin baş məşqçisi Azərbaycanla matçdan öncə nə danışdı?

17:41

"Xankəndi" klubda baş məşqçi dəyişikliyi ilə açıqlama yaydı

17:34

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşdülər

17:16

MOİK fasilə dönəmində 2 yoxlama oyunu keçirəcək

16:58

"Kristal Pelas"ın futbolçusu İngiltərə nəhənginə keçməyə yaxındır

16:40

"Bu sıraya "Gəncəbasar"ı da daxil etmək mümkündür" - Röyal Nəcəfov

16:21

"Heyətimizə iki yeni legioner qoşulmalıdır" - Tural Cəlilov

16:02

"Xankəndi"nin yeni baş məşqçisi kim olacaq? - AÇIQLAMA

15:43

Rəhim Həsənov: "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verilməli idi"

15:24

"Futbolçularım kişi kimi mübarizə apararaq qələbə qazandılar"

15:05

"Onların qələbəsi təəccüblü olmadı" - Qəzənfər Abbasov

14:46

"Karvan-Yevlax" başladı

14:28

Beşgünlük istirahətə buraxılan "Neftçi" yoxlama oyunu keçirəcək - AÇIQLAMA

14:09

"Sabah"ın fasilədən necə yararlanacağı dəqiqləşdi

13:50

"Xankəndi"nin yeni baş məşqçisinin kim olacağı bilindi

13:21

"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışdadır

13:02

"Fasilədən maksimum istifadə etmək istəyirik" - Füzuli Məmmədov

12:43

"O gün bizim günümüz idi" - 6:0-ın memarı

12:24

İngiltərə millisinin 5 ulduzu düşərgəni tərk etdi

12:05

Cavadov mərkəzi oyunda qazandıqları qələbəni belə dəyərləndirdi

11:46

"Film kimidir, amma gerçəkdir" - Kilian Mbappe

11:27

"Qalatasaray" Okan Burukla bağlı qərarını verdi

11:08

Messinin vida forması belə olacaq - VİDEO

10:49

Salah İngiltərədə cəzalandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X