
"Sumqayıt" Rauf Rüstəmli ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "kimyaçılar"ın rəsmi saytı yayıb.
Yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Sabah” klubuna geri dönüb.
"Gənclik şəhəri" təmsilçisi Raufa göstərdiyi xidmətlərə görə təşəkkür edərək gələcək karyerasında ona uğurlar arzulayıb.
Qeyd edək ki, Rüstəmli 2025-ci ilin yayından "Sumqayıt"a transfer olunmuşdu.