
"Bormut"un gənc istedadı Eli Junior Kroupi Avropanın nəhəng klublarını bir-birinə vuruşdurur.
Fanat.Az xəbər verir ki, oyun tərzi ilə Kilian Mbappeyə bənzədilən 19 yaşlı hücumçu üçün "Liverpul" və "Arsenal" rəsmi təklifə hazırlaşır.
"Bormut" rəhbərliyi gənc ulduzu əldə saxlamaq üçün ona yeni və rekord məbləğli müqavilə təklif etsə də, PSJ və "Real Madrid" də pərdəarxası danışıqlar aparır. Hazırda fransız forvardın qiyməti 80 milyon funt-sterlinq civarında dəyərləndirilir.
Bu mövsüm vurduğu qollarla diqqət çəkən Kroupi, yay transfer pəncərəsinin ən bahalı imzalarından biri ola bilər. "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" də oyunçunun inkişafını yaxından izləyənlər siyahısındadır.