
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, 1/8 final mərhələsinə vəsiqə uğrunda mübarizənin ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Açılış matçı Türkiyədə baş tutacaq. “Qalatasaray” doğma meydanda İtaliya nəhəngi “Yuventus” ilə üz-üzə gələcək. “Ali Sami Yen” stadionunda baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 21:45-də səsləndiriləcək.
Bundan başqa, "Real Madrid" əsas mərhələdə də qarşılaşdığı "Benfika"nın qonağı olacaq, son qalib PSJ səfərdə "Monako" ilə qarşılaşacaq, "Borussiya Dortmund" isə "Atalanta"nı sınağa çəkəcək.
Qeyd edək ki, pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" sabah Bakıda "Nyukasl"la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
17 fevral
21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)
00:00. "Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
00:00. "Borussiya Dortmund" (Almaniya) - "Atalanta" (İtaliya)
00:00. "Monako" (Fransa) - PSJ (Fransa)