I divizionda 2014/15 mövsümünə start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Açılış oyununda “Şəmkir” doğma meydanda “Turan-T” ilə qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Şəmkir” mövsümə qələbə ilə başlayıb.
İkinci oyun gününda 4 matç baş tutub. "Kəpəz" - "Şahdağ" və "Lokomotiv" - "Şuşa" oyunlarında qalib müəyyənləşməyib. Hər iki oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. "Qaradağ Lökbatan" "Energetik"i 2:0 hesabı ilə yenib. "Mil-Muğan" - "Göyəzən" matçında isə 7 qol vurulub və meydan sahibləri qələbə qazanıb - 6:1.
Daha iki oyun bu gün keçirilib. Yeni yaradılan "Zirə" klubu ilk rəsmi matçında MOİK-i yenib - 1:0. "Neftçala" isə səfərdə "Ağsu"nu 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun "Bakılı" - "Rəvan" oyunu sentyabrın 29-na təxirə salınıb.
I divizion
2014/15 mövsümü
I dövrə, I tur
5 sentyabr
Şəmkir - Turan-T 3:1
Qollar: Emin Pənahov, 68. Ravil Müslümov, 80. Qeyrət Qənbərov, 90+3 - Eltay Tağıyev, 83.
6 sentyabr
Qaradağ Lökbatan - Energetik 2:0
Qollar: İlham Allahverdiyev, 45. Mehdi Mehdiyev, 81.
Lokomotiv - Şuşa 0:0
Mil-Muğan - Göyəzən 6:1
Qollar: Elxan Məmmədov, 33; 72; 90. Rəmzi Məmmədov, 55; 70. Bayram Əliyev, 90+3 - Fərhad Həsənov, 68.
Kəpəz - Şahdağ 0:0
7 sentyabr
Zirə - MOİK 1:0
Qol: Aslan Hüseynov, 48.
Ağsu - Neftçala 1:4
Qollar: Fərmayıl Əliyev, 89 - Məhəmməd Bədəlbəyli, 6; 8. Məhəmməd Alıyev, 66-pen. Aqşin Həşimov, 90.
| 1 | Mil-Muğan | 1 | 1 | 0 | 0 | 6-1 | 3 |
| 2 | Neftçala | 1 | 1 | 0 | 0 | 4-1 | 3 |
| 3 | Şəmkir | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
| 4 | Qaradağ L | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
| 5 | Zirə | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 6 | Şuşa | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
| 7 | Şahdağ | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
| 8 | Lokomotiv | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
| 9 | Kəpəz | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
| 10 | MOİK | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
| 11 | Energetik | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
| 12 | Turan-T | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
| 13 | Ağsu | 1 | 0 | 0 | 1 | 1-4 | 0 |
| 14 | Göyəzən | 1 | 0 | 0 | 1 | 1-6 | 0 |
| 15 | Bakılı | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| 16 | Rəvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| Bombardir: Elxan Məmmədov (Mil-Muğan) - 3. | |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol