
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Günə Türkiyə çempionu "Qalatasaray"ın oyunu ilə start veriləcək. "Aslanlar" doğma meydanda İngiltərə nəhəngi "Liverpul" ilə qarşılaşacaq. "Ali Sami Yen Spor Kompleksi"ndə baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 21:45-də səsləndiriləcək.
Gecəyarısı baş tutacaq digər oyunlara gəlincə, "Barselona" İngiltərədə "Nyukasl"la, "Bayern Münhen" İtaliyada "Atalanta" ilə, "Tottenhem" isə İspaniyada "Atletiko Madrid"lə üz-üzə gələcək.
Qeyd edək ki, 1/4-in qalan dörd matçı martın 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
10 mart
21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)
00:00. "Atalanta" (İtaliya) - "Bayern Münhen" (Almaniya)
00:00. "Atletiko Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)