22:38 18.04.2026 2741

Qurban Qurbanov Elvin Cəfərquliyevlə bağlı danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

"Meydanda həqiqətən yaxşı futbol atmosferi var idi və mən rəqibimiz "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Təəssüflər olsun ki, biz bu gün daha yaxşı oynamalı idik, lakin məğlub olduq. Hazırda qarşımızda çox sıx bir oyun qrafiki var, ona görə də yalnız önümüzə baxmalıyıq. Etiraf etməliyəm ki, bəzi oyunçularımızın performansında müəyyən çatışmazlıqlar nəzərə çarpırdı."

- Kadi Borges, Kevin Medina və digər bəzi futbolçuların meydanda tez-tez sürüşdüyü müşahidə olundu. Bunun səbəbi nə idi?

"Bu, birbaşa meydanın vəziyyəti ilə əlaqəli ola bilər."

- Özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, yorulduğunuz anlar olurmu?

"Bir az gərginlik və çatışmazlıqlar var. Komanda olaraq Çempionlar Liqasından qalan yorğunluğu hələ də hiss edirik. Daha çox məşq etməyə və formamızı bərpa etməyə ehtiyacımız var."

- Elvin Cəfərquliyevi bağışlamaq olarmı? Belə bir sərt qərar verməyinizə səbəb nədir?

"Biz həmişə bağışlayaraq bu yerlərə gəlmişik. Tək o deyil, biz özümüz də vaxtilə futbolçu olmuşuq və bu cür hadisələrdən nəticə çıxarmışıq. Sevindirici hal odur ki, futbolçu hər şeyi olduğu kimi, düzgün şəkildə ifadə edib. Mən hər zaman futbolçularımın arxasındayam və onların inkişafını düşünürəm. Lakin bura "Qarabağ" klubudur və burada daim yüksək səviyyəli çıxış tələb olunur. Bağışlamağa gəldikdə isə, mən hər zaman demişəm ki, bəlkə başqa klublarda hansısa səhvlərə göz yummaq olar, amma "Qarabağ"da belə xətalara göz yuma bilmərik. Hələ hər şey qarşıdadır, bu barədə düşünəcəyik."

- Qarşıdan gələn kubok matçından gözləntiləriniz nədir?

"Heyətdə müəyyən dəyişikliklər olacaq. Yenidən "Sabah" komandasına qarşı oynayacağıq və sona qədər mübarizə aparacağıq."

- Leandro Andrade əvvəllər 60-cı dəqiqədə əvəzlənirdisə, artıq 90 dəqiqə meydanda qalır. Aleksey Kaşukun durumu necədir və o, niyə Andradeni əvəz edə bilmir?

"Çempionlar Liqası ilə daxili çempionatımız arasında böyük fərq var. Andrade çox intizamlı futbolçudur və 90 dəqiqə oynamaq gücünə malikdir. Kaşuk isə hazırda rəqabəti uduzur, lakin hələ ki yollarımızı ayırmamışıq."

- "Qarabağ"ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb oldu. Bu barədə nə deyə bilərsiniz?

"Mən hər hansı bir kəskin etiraz eşitmədim. Azarkeşlərimiz sona qədər bizə dəstək oldular. Bizim tərəfdarlarımız böyük təcrübəyə malikdirlər və onların futbol baxis bucaqları fərqlidir."

- Bir neçə gün öncə doğum gününüz idi. Özünüzə nə arzu etdiniz?

"Xüsusi bir şey yoxdur. Allaha şükür edirəm ki, dünyaya gəlmişəm. Əsas arzumuz işimizə sadiq olmaqdır. Xüsusi bir diləyim olmayıb."

Kamil Xudiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X