
İngiltərə Premyer Liqasının son həftələrində gərgin mübarizə davam edərkən, "Tottenhem"in gənc istedadları transfer bazarının əsas hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, klubun 20 yaşlı yarımmüdafiəçisi Arçi Qrey üçün "Liverpul" və "Bayern Münhen" klubları ciddi mübarizəyə başlayıb.
London təmsilçisi gənc oyunçunu komandada saxlamaq üçün hər cür səy göstərsə də, klubun Premyer Liqadakı statusunun qeyri-müəyyənliyi bu transferin reallaşma ehtimalını artırır.
"Football Insider" nəşrinin yaydığı məlumata görə, Arçi Qrey cari mövsümdə nümayiş etdirdiyi stabil oyunla Avropanın aparıcı klublarının skautlarının diqqətini cəlb etməyi bacarıb.