
"Mançester Siti" 2026/27 mövsümünə hazırlıq çərçivəsində Asiya turuna çıxacaq.
Fanat.Az "teamTalk"-a istinadən xəbər verir ki, İngiltərə nəhəngi Honq Konqda genişmiqyaslı futbol festivalında iştirak edəcək.
Turnirin əsas tədbirlərindən biri avqustun 1-də keçirilməsi planlaşdırılan və İngiltərə nəhəngi ilə İtaliya "İnter"i arasında oyun olacaq. Qarşılaşma təxminən 50 min tamaşaçı tutumuna malik olan və ilk dəfə belə böyük beynəlxalq futbol tədbirinə ev sahibliyi edəcək yeni "Kai Tak Arena"da keçiriləcək.
Bu komandalarla yanaşı, turnirdə "Çelsi" və "Yuventus" da iştirak edəcək. Onlar avqustun 5-də bir-biri ilə qarşılaşacaq və Avropanın aparıcı klublarının iştirak etdiyi nüfuzlu festivalın proqramını tamamlayacaqlar.
,,