
1-ci Liqanın 24-cü turu çərçivəsində dünən Bayılda "Şimal" ilə üz-üzə gələn lider "Şəfa" qolsuz heç-heçə ilə yadda qaldı. Paytaxt təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb bərabərliyi şərh etməsini istədik.
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibin sıx mudafiə olunacağını gözləyirdik. Belə də oldu. Onlar meydandan ən azı bir xalla ayrılmağa cəhd gostərirdilər, biz isə əksinə, qələbə qazanmağa çalışırdıq. Sıx müdafiəni yarmaq hec də asan deyil. Buna baxmayaraq, futbolcularımız istəkli idilər. Bir neçə qol furrsəti yaratsaq da, bəxt bizim tərəfimizdə olmadı. Bu fürsətləri boşa verdiyimiz üçün çempionluğu rəsmiləsdirmək novbəti turlara qaldı".
1-ci Liqadakı mübarizənin sonuna 3 tur qalmış 53 xalla zirvədə mövqe tutan "Şəfa" ən yaxın izləyicisi "Mingəçevir"i 8 xal qabaqlayır.
Nihat