15:41 30.04.2026 540

Aqil Nəbiyev millinin UEFA İnkişaf Turnirindəki çıxışını dəyərləndirdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında səfərə tam heyətlə yollana bilmədiklərini və qısa müddətdə ardıcıl 3 oyun keçirdiklərini bildirib: 

“Hazırkı yaş qrupu sonuncu dəfə ötən ilin oktyabrında Qəbələdə təşkil olunan MDB Oyunları zamanı bir araya gəlmişdi. Düzdür, toplanışlar tez-tez olsa, çatışmazlıqları daha erkən aradan qaldıra bilərik. Budəfəki toplanışa aprelin 20-də başladıq və qısa müddət ərzində ardıcıl üç oyun keçirdik. Bir neçə əsas futbolçumuz heyətdə deyildi. U-20 millinin toplanışına qatılanlar və zədəlilər var idi. Əli Bəşirov, Bilal Hacıyev, Uğur Qurbanlı və Mehdi Mütəllimlini qeyd edə bilərəm. Əlbəttə ki, onların yoxluğu bizə müəyyən çətinliklər yaratdı. Buna baxmayaraq, keçirdiyimiz üç oyundan ikisində qələbə qazandıq”.
 
Nəbiyev Rusiya, Qazaxıstan və Pakistan yığmalarına qarşı baş tutan matçları dəyərləndirib: “Rusiya yığmasına qarşı keçirdiyimiz ilk görüşün birinci hissəsi 0:0 hesabı ilə yekunlaşdı. Fasilədən sonra heyətdə ardıcıl əvəzetmələrə əl atdıq. Dəyişikliklərdən sonra oyunumuzda, futbolçuların fiziki durumunda eniş yaşandı. Ancaq yenə də komanda toparlanaraq ardıcıl iki qələbə qazandı. 6 aylıq fasilədən sonra toplanaraq turnirə hazırlaşmaq həm bizim, həm də futbolçular üçün çətin oldu. Bu yaş qrupu ilə səfərdə ilk beynəlxalq turnirə qatılmışdıq. Buna görə də futbolçularda həyəcan, stress var idi. Həm texniki, həm də fiziki çatışmazlıqları barədə onları məlumatlandırmışıq, həmçinin klubları ilə də görüşəcəyik”.
 
U-17-nin baş məşqçisi noyabrda Almaniya, Şimali İrlandiya və Litva yığmalarına qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ matçlarına qədər komandanın hazır olacağına inandığını vurğulayıb: “İlin sonlarında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Çətin qrupa düşmüşük. Rəsmi oyunlara qədər baş tutacaq toplanışlarda problemləri aradan qaldırmağa çalışacağıq. Perpektivli komandamız var, daha güclü olacaq potensiala malikik”.
 
Qeyd edək ki, U-17 UEFA İnkişaf Turnirində Rusiya (0:5) yığmasına məğlub olub, Qazaxıstan (1:1, Penaltilərlə 4:2) və Pakistan (1:0) seçmələrinə isə qalib gəlib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

17:05

"Neftçi" İdman Klubu yeni loqosunu təqdim etdi

16:47

"Mənə elə gəlir ki, rəqib meydanında biz qalib gələcəyik"

16:26

"Zirə" - "Payde" oyunu xorvatiyalı hakimlərə tapşırıldı

16:08

Paytaxt klubu yetirməsi ilə vidalaşdı

15:49

"Neftçi" "Dinamo Minsk"lə oyuna bu tarixdə yollanacaq

15:31

"Şanslar hələ 50-nin 50-yədir" - Aslan Kərimov

15:13

"Yeni nəsə icad etməyəcəyəm, amma..." - Yürgen Kloppdan ilk açıqlama

14:55

"Aldığım zədədən sonra Premyer Liqa təmsilçiləri maraq göstərmədilər, amma..." - Süleyman Əhmədov

14:38

MOİK Xankəndidə oynasa belə...

14:20

"Qarabağ"ın Bolqarıstana səfər planı bilindi

14:02

Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - RƏSMİ

13:46

Klopp rəsmən Almaniya millisində!

13:28

Millimiz Qazaxıstanla üz-üzə

13:10

"Qalatasaray" 50 milyon avroluq müdafiəçi ilə güclənir

12:47

Elxan Səmədov yenidən PFL prezidenti seçildi

12:33

"Çelsi" axtardığını Premyer Liqada tapdı

12:15

Argentinalı ulduz millidən getdi - Özü açıqladı

11:56

Adı "Qalatasaray"la hallanan futbolçu son qərarını verdi

11:38

Rafael Leau "Fənərbağça"ya bu şərtlərlə gəlir - DETALLAR

11:20

PFL prezidenti postuna seçki keçirilir

10:46

Dünya çempionatının ən yaxşı oyunçusu əməliyyat olunacaq

10:24

AÇ-nin bürünc medalçısı "WTT Youth Contender" turnirinə qatıldı

10:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:55

"Pafos" məğlub oldu, Murad Məmmədov isə...

09:27

Vieyra DÇ-2026-nın iştirakçısını çalışdıracaq

Facebookdan bizi izləməyi unutmayın.
X