
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Arsenal"a bu gecə Londonda baş tutan cavab qarşılaşmasında 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone rəqib komandanın idman direktoru Andrea Bertaya hücum çəkib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis 90+5-ci yan xəttə yaxınlaşaraq referi Daniel Zibertə emosional şəkildə saatı göstərən, ona artırdığı vaxtın bitdiyini çatdırmağa çalışan Bertanın davranışından qıcıqlanıb.
"Arsenal" rəsmisinin üstünə şığıyaraq onu itələyən Simeone ilə italiyalının əlbəyaxa olmasını hər iki komandanın əməkdaşları əngəlləyib.


Xatırladaq ki, Berta uzun müddət "Atletiko"da işləyib. 2017-2025-ci illər aralığında Madrid təmsilçisinin idman direktoru funksiyasını yerinə yetirən mütəxəssis bunadək 4 il də klubun texniki direktoru olub.
Nihat