
"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, serbiyalı forvard "Arsenal" maraqlıdır.
London təmsilçisi "qoca sinyora" ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq 26 yaşlı futbolçunu azad agent qismində heyətə qatmaq variantını yaxşı fürsət sayır.
Duşanı "topçular"la yanaşı, "Atletiko Madrid", "Milan" və "Bayern Münhen" kimi Avropanın digər böyük klubları da istəyir.
Cari mövsüm sözügedən oyunçu "Yuventus"un heyətində 18 matça çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Vlahoviçin transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Toğrul