
Braziliyalı yarımmüdafiəçi Savinyo "Mançester Siti"dən ayrılmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 22 yaşlı cənubi amerikalı "Tottenhem"ə keçməyə yaxındır. Mənbə tərəflərin danışıqlara başladığını və futbolçunun özünün London təmsilçisində oynamaq variantına müsbət yanaşdığını açıqlayıb.
"Tottenhem" 2025-ci ilin yayında da Savinyonun keçidini reallaşdırmağa çalışsa da, həmin vaxt MS futbolçunu buraxmamışdı.
Cari mövsüm "Siti"nin sıralarında bütün turnirlərdə 36 matça çıxan orta xətt oyunçusu 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 40 milyon avro məbləğində dəyərləndirir. Savinyonun Mançester klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Toğrul