
"Real Madrid" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi "İnter"in və Niderland millisinin üzvü Denzel Damfrislə müqavilə imzalamaq üçün danışıqları başa çatdırıb.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayır. Mənbənin məlumatına görə, müqavilə bağlanıb və transferin bütün detalları razılaşdırılıb.
"Real Madrid"in 30 yaşlı ulduzun 20 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirdiyi bildirilir. Niderlandlı müdafiəçinin də "Real Madrid"ə transfer olunmağa razılıq verdiyi vurğulanıb. Rəsmi təsdiq yaxın zamanda olacaq.
Ötən mövsüm Damfris bütün yarışlarda 28 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "İnter"lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt" futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.
Mirağa