
"Barcelona"ya transfer olan braziliyalı ulduz "Santos" formasında son matçına çıxıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu Neymar komandası "Santos"un "Flamengo" ilə oynadığı matç öncəsi göz yaşlarını saxlaya bilmədi.
Neymar, 90 dəqiqə forma geydiyi və 0-0-lıq bərabərliklə sona çatan matçdan sonra "Messi, Xavi və İniesta kimi ulduzlarla yan-yana oynamaq mənim üçün böyük bir qürur olacaq. Yuxuda kimiyəm və indidən "Barca"nı düşünməyə başladım. Amma "Santos"a qapım həmişə açıq qalacaq", dedi.