
Kaxaber Tsxadadze "Bakı" ilə oyunla (4:0) bağlı fikirlərini bildirib. Fanat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “İnter”in baş məşqçisi yetirmələrindən həm razı, həm də narazı qalıb:
“Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var. Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdı”.
Fanat.az