18:36 07.04.2015 824

Ramin Musayev: "İnkişafa nail olmuşuq"

Bu gün “Hilton” otelində Avropa Peşəkar Futbol Liqaları Birliyi (EPFL), Avropa Klublar Birliyi (ECA), Peşəkar Futbol Liqası (PFL) və Topaz Premyer Liqasının ECA təşkilatına üzv olan 4 klubu - “Neftçi”, “Xəzər Lənkəran”, AZAL və “Bakı” klublarının nümayəndələrinin iştirakı ilə geniştərkibli toplantı keçirilib.


Fanat.az xəbəe verir ki, iki mərhələdən ibarət olan toplantının ilk mərhələsində EPFL nümayəndəsi Jair Emanuel Bertoni və Peşəkar Futbol Liqasının nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü PFL prezidenti Ramin Musayevə verib.


Musayev çıxışı zamanı bir sıra məsələlərə toxunub: “Diqqətinizə çatdırım ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə futbolun inkişafına dair dövlət proqramı imzalayıb. Həmin proqrama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Etiraf edim ki, biz futbol ölkələri kimi tanınan dövlətlərin təcrübəsindən yararlanmağa çalışırıq. Bu mənada, biz Avropa Peşəkar Futbol Liqaları Birliyinə üzv olmaqdan məmnunuq. Əlavə edim ki, Peşəkar Futbol Liqası 2008-ci ildə yaradılıb və keçən müddət ərzində inkişafa nail olmuşuq. Hazırda Premyer Liqamız Avropa ölkələrinin reytinqində 29-cu pillədə qərarlaşıb. Çalışırıq ki, daha yüksək pillələrə qalxaq”.


Çıxış edən Jair Emanuel Bertoni Azərbaycanda olduğundan fəxr hissi duyduğunu ifadə edərək, ilk dəfə olduğu Bakını bəyəndiyini vurğulayıb. Səlahiyyətli şəxs bildirib ki, Peşəkar Futbol Liqasının gördüyü işlərdən xəbərdardı. Bertoni Avropa Peşəkar Futbol Liqaları Birliyinə daxil olan 31 qurum arasında münasibətlərin qurulmasının və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.  


Nahar fasiləsindən sonra isə tədbirə Avropa Klublar Birliyinin nümayəndəsi Vouter Lambrext və yuxarıda adları qeyd olunan klubların nümayəndələri qatılıblar. Tədbirdə “Neftçi” icraçı direktor Elnur Məmmədov, “Xəzər Lənkəran” menecer Elvin İsmixanov, “Bakı” prezident müşaviri Nəriman Mehdiyev, AZAL isə vitse-prezident Fikrət Hüseynovla təmsil olunub. Tədbirin ikinci hissəsində isə daha çox klub-futbolçu münasibətlərindən danışılıb və problemlərin həlli yolları göstərilib.


Tədbirin sonunda Ramin Musayev qonaqlara xüsusi hədiyyələr təqdim edib və onları Azərbaycan Kubokunun finalına dəvət edib.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X