10:43 05.05.2015 711

"Hazard kimi oyunçu olmaq istərdim" - Namiq Ələsgərov

Millimizin və "Qarabağ"ın futbolçusu Namiq Ələsgərov AFFA-nın rəsmi "Facebook" səhifəsində "Sualla zərbə" rubrikasının qonağı olub. Fanat.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi azarkeşlərin ünvanladığı 10 sualı cavablandırıb.


- "Qarabağ"a gəlişinizdən sonra karyeranızda nələr dəyişildi?

- Çox şey. Avropa Liqasının qrup mərhələsində oynadım. İtaliya "İnter"i, Fransa "Sent Etyen"i və Ukrayna "Dnepr"inə qarşı oynamaq, əlbəttə, bütün futbolçuların bəlkə də arzusudur. Karyeramda ən böyük dəyişiklik kimi məhz bunu deyə bilərəm.   


- Futbola gəldiyin üçün kimə borclusan və ən çox sevdiyin baş məşqçi kim olub?

- İlk növbədə, uşaqlıqda Qusar "Şahdağ"ında məşqçilərim olan Salman və Şərafəddin müəllimə çox şey borcluyam. Onlar mənə çox şeyi öyrədiblər. Hazırda ən çox hörmət etdiyim məşqçi isə Qurban Qurbanovdur. Gələcəkdə nə zamansa məşqçi olsam, onun kimi olmaq istərdim.


- "Qarabağ"dan təklif gələndə hansı hissləri keçirdin?

- Əlbəttə, "Qarabağ"ın təklifi mənim üçün gözlənilməz oldu. Çox sevindim. Həmin vaxt 21 yaşadək futbolçulardan ibarət yığmamızla təlim-məşq toplanışında idim. Yatdığım vaxt zəng gəldi. Əvvəlcə çox həyəcanlandım. Fikirləşmədən təklifi qəbul etdim, razılıq verdim. Ondan sonra da hər şeyi daha ətraflı danışdıq və razılaşdıq.


- Uşaqlıqdan Azərbaycanda azarkeşlik etdiyin komanda hansıdır?

- Hazırda "Qarabağ"da çıxış etdiyimdən, ən çox bu kluba azarkeşlik edirəm. Amma uşaqlığım Qusarda keçdiyindən, "Şahdağ"a azarkeşlik edir, bu komandanın bütün oyunlarına gedirdim. Təəssüf ki, "Şahdağ" hazırda elə də iddialı deyil. Çox istərdim ki, əvvəlki kimi iddialı olsun.


- İnanırdınmı ki, Robert Prosineçki səni Malta ilə oyunda ilk "11-lik"də meydana buraxacaq?

- Fikirləşməzdim ki, ilk rəsmi oyunda məni start heyətində meydana buraxacaq. Amma o vaxtadək Antalyada təlim-məşq toplanışında olmuşduq. Orada Ukrayna "Şaxtyor"u ilə qarşılaşmada mənə ilk "11-lik"də şans vermişdi. Bundan sonra özümə inamım daha da artmışdı. İnanırdım ki, Maltaya qarşı oyunda start heyətində yer ala bilərəm. 


- Ən sevindiyin an hansı oyuna təsadüf edib?

- İtaliya "İnter"i ilə Bakıdakı qarşılaşmada 90+3-cü dəqiqədə qol vurduğumuz an çox sevindim. Vacib qol vurmuşduq. Amma təəssüf ki, ən çox sevindiyim an hakimin səhvi üzündən ən çox üzüldüyüm ana çevrildi. 


- Zədə aldığın an hansı hissləri keçirdin?

- Onu sözlə başa salmaq çətindir. Dizimdə içəridən nəyinsə qopduğunu, zədəmin ciddi olduğunu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağımı hiss etdim.


- Xəyallarındakı klub hansıdır?

- Hər bir futbolçunun xəyalından Avropanın güclü komandalarında oynamaq keçir. Mən də belə bir klubda çıxış etməyi arzulayıram. Ad da çəkə bilərəm: "Real", "Çelsi"... Əlbəttə, bunun elə-belə, asan bir iş olmadığını bilirəm. Öz üzərimdə çox çalışmalıyam.


- Dünya futbol ulduzlarından ən çox kimi bəyənirsən?

- Hazırda "Çelsi"də çıxış edən Eden Hazardın çıxışlarını daha çox bəyənirəm. Nə zamansa onun kimi oyunçu olmaq istərdim.


- Futbolçu olmasaydın, hansı peşəni seçərdin?

- Futbola gəlməmişdən öncə cüdo ilə məşğul olmuşam. Müəyyən uğurlar əldə etmişdim. Məşqçim mənə çox inanırdı. İstəmirdi ki, cüdonu tərk edim. Amma həvəsli olduğumdan, futbola gəldim. Futbolçu olmasaydım, yəqin ki, cüdoçu olardım.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X