15:21 12.05.2015 845

Kazbek Tuayev: "Pulun yoxdusa, futbol oynamağın nə mənası?"

"Lisenziyalaşdırma Komissiyasının çıxardığı qərarları böyük məmnunluqla qarşıladım". Bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Kazbek Tuayev deyib.


Təcrübəli mütəxəssis "Zirə" və "Kəpəz"ə gələn mövsüm Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya verilməsini dəstəkləyib. Onun fikrincə, müasir dövrdə futbolda maddi amillər böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Futbol oynayanların pulu olmalıdı. Premyer Liqada lisenziyalaşdırma tələblərinə cavab verən komandalar çıxış etməlidilər. Pulun yoxdusa, futbol oynamağın nə mənası?"


Tuayevin sözlərinə görə, gənc rəhbərliyə, gözəl maddi-texniki bazaya və infrastruktura malik "Zirə" klubu Premyer Liqada layiqincə təmsil olunmağa hazırdı. "Kəpəz"ə gəldikdə, İK üzvü AFFA rəhbərliyinin Gəncədə futbolun yaşaması üçün əlindən gələni etdiyini bildirib: "Yəqin ki, AFFA-nın da dəstəyi ilə "Kəpəz"ə sponsor tapılacaq və bu komanda yenidən öz sözünü deməyə başlayacaq".


Son zamanlar Tuayevin "Zirə"yə baş məşqçi təyin olunacağı barədə xəbərlər dolaşır. Bu məsələnin Premyer Liqaya vəsiqə məsələsi rəsmiləşdikdən sonra tam həllini tapacağı bildirilir. Lakin veteran futbolçu belə xəbərlərin həqiqətə uyğun olmadığını söyləyib. O, artıq 10 ildən çoxdu baş məşqçi karyerasını başa vurduğunu açıqlayıb: "Mən 2004-cü ildən baş məşqçi deyiləm. AFFA İcraiyyə Komitəsinin üzvü, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin direktoruyam. Məktəbimizin futbolçularının müxtəlif komandalarda oynaması üçün müqavilələr bağlamışıq. Baş məşqçi olduğum vaxt müxtəlif komandalarla 4 dəfə Azərbaycan çempionluğu, 2 dəfə ölkə kubokunu qazanmışam. Amma artıq bu vəzifə mənlik deyil. "Neftçi"yə azarkeşlik edir, vaxtilə mənimlə birgə çalışmış Qurban Qurbanov, Elçin Rəhmanov, Zaur Tağızadə və Rəşad Sadıqovun "Qarabağ"dakı uğurlarına sevinirəm".


"Neftçi"nin sabiq futbolçusu və baş məşqçisi hazırda bu komandada baş verən proseslərə də münasibət bildirib. 75 yaşlı mütəxəssis klub rəhbərliyi və baş məşqçiyə dəstək verib: "3 futbolçunun əsas heyətdən kənarlaşdırılması klubun daxili işidi. Hər bir klubda dəyişikliklər zamanı çox şey baş verə bilər. Arif Əsədov yaxşı baş məşqçidi. Hazırkı məqamda ona və klubun Müşahidə Şurasına dəstək vermək lazımdı".


Qeyd edək ki, "Zirə" hazırda Azərbaycan çempionatının I divizionunda 5-ci, "Kəpəz" isə 9-cu pillədədi. Kazbek Tuayev 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə Azərbaycan çempionu olub. O, həmçinin flaqmana 1996 və 2004-cü illərdə ölkə kubokunu qazandırıb. 


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X