Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında IV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"İnter" "Qəbələ"ni 2:1 hesabı ilə yenib. "Kəpəz" AZAL-a qalib gəlib - 3:1. "Qarabağ" - "Xəzər Lənkəran" matçında 7 qol vurulub və qonaqlar 4:3 hesablı qələbə qazanıb.
"Neftçi" səfərdə "Rəvan"a 2:3 hesabı ilə yenilib. "Sumqayıt" isə "Zirə"ni darmadağın edib - 4:0.
Əvəzedici heyətlər
2015/16 mövsümü
I dövrə, IV tur
11 sentyabr
İnter - Qəbələ 2:1
Qollar: Mansur Nəhavəndi, 26. Ramil Mansurov, 50 - Ehtiram Şahverdiyev, 90+1.
Kəpəz - AZAL 3:1
Qollar: Sahib Abbasov, 13. Fərid Məmmədov, 22. Ziyabil Məmmədov, 29 - İlqar Babayev, 62.
Qarabağ - Xəzər Lənkəran 3:4
Qollar: Röyal Əlizadə, 35 (avtoqol). Namiq Yusifov, 42-pen. Fuad Kərimli, 69 - İbrahim Qədirzadə, 6. Anar Babazadə, 59-pen. Eltun Xudadatov, 75 (avtoqol). Elşən Rzazadə, 86.
12 sentyabr
Sumqayıt - Zirə 4:0
Qollar: Uğur Pamuk, 11. Emin Mehdiyev, 39; 60-pen. Rəşid Ağazadə, 73.
Rəvan - Neftçi 3:2
Qollar: Xanlar Zeynalov, 1. Hüseyn Axundov, 19; 61-pen - Rəsul Babazadə, 71. Aqşin Qurbanlı, 74-pen.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Sumqayıt | 4 | 3 | 1 | 0 | 13-3 | 10 |
| 2 | Xəzər Lənkəran | 4 | 3 | 0 | 1 | 10-10 | 9 |
| 3 | Neftçi | 4 | 2 | 1 | 1 | 10-4 | 7 |
| 4 | Zirə | 4 | 2 | 1 | 1 | 4:6 | 7 |
| 5 | Rəvan | 4 | 2 | 0 | 2 | 6-8 | 6 |
| 6 | Qarabağ | 4 | 2 | 0 | 2 | 7-5 | 6 |
| 7 | Kəpəz | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
| 8 | İnter | 4 | 1 | 0 | 3 | 6-11 | 3 |
| 9 | AZAL | 4 | 1 | 0 | 3 | 3-8 | 3 |
| 10 | Qəbələ | 4 | 1 | 0 | 3 | 4-6 | 3 |
| Bombardirlər | Emil Həsənzadə (Sumqayıt) - 4. Kamal Dənziyev (Xəzər Lənkəran), Ramil Mansurov (İnter), Hüseyn Axundov (Rəvan), Aqşin Qurbanlı (Neftçi), İbrahim Qədirzadə (Xəzər Lənkəran) - 3. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol