Premyer Liqanın "İnter" - "Qarabağ" oyununda maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, "Qarabağ" bilərəkdən penaltini vurmayıb.
Belə ki, qarşılaşmanın baş hakimi Elvin Əsgərov 90-cı dəqiqədə Georgi Lomayanın Reynaldo Silvaya qarşı kobud oynadığını əsas gətirərək penalti təyin edib. Lakin hakimin yalnış qərar verdiyini görən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Məmmədova topu tora qovuşdurmamağı tapşırıb. Futbolçu da baş məşqçinin tapşırığına əməl edərək topu qapıdan keçirməyib. Bundan az sonra Reynaldo Silva topu tora göndərə bilib. Nəticədə "Qarabağ" 2:0 hesablı qələbə qazanıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol