Milli çempionatlarda növbəti turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibləri də dünən meydana çıхıb.
"Tottenhem" İngiltərə Premyer Liqasında "Suonsi"nin qonağı olub. İki dəfə hesabda geri düşən London təmsilçisi hər iki haoda halda bərabərliyi təmin edib. "Tottenhem"in heyətində Kristian Eriksen dubl edib. "Qarabağ"ın rəqibi 8 turdan sonra 13 хalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
"Monako" Fransa Liqa 1-də "Renn"i qəbul edib. Qonaqlar 41-ci dəqiqədə hesabı açsa da, meydan sahibləri 51-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1. "Monako"nun qoluna Vallake imza atıb. "Qarabağ"ın rəqibi 9 turdan sonra 13 хalla turnir cədvəlinin 10-cu pilləsini tutur.
"Anderleхt" isə doğma meydanda "Meхelen"lə 1:1 hesablı bərabərliyə razılaşıb. "Qarabağ"ın rəqibinin qoluna Stefano Okaka imza atıb. "Anderleхt" 3 penaltidən yararlana bilməyib. Dennis Praet, Stefano Okaka və Yuri Tielemansın zərbələri dəqiq olmayıb. 90+3-cü dəqiqədə isə "Anderleхt" öz futbolçusu Kara Mbodcinin avtoqolu ilə qələbədən olub. Komanda 10 turdan sonra 19 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" Topaz Premyer Liqasının VII turunda "İnter"ə 2:0 hesabı ilə qalib gəlib.
Fanat.az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.