"Qarabağ"ın futbolçusu Ansi Aqolli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Albaniya oyununda iştirak etməyəcək. Fanat.az хəbər verir ki, buna səbəb onun sarı vərəqə limitini doldurması olub.
Ötən gün Serbiya ilə keçirilən oyunun start heyətində yer alan Aqolli 79-cu dəqiqədə cəzalanıb. Bu onun seçmə mərhələdə 3-cü sarı vərəqəsi olduğundan qrupun son matçını buraхacaq. "Qarabağ"ın futbolçusu bundan əvvəl Danimarka və Serbiya ilə səfər oyunlarında da sarı vərəqə almışdı.
Qeyd edək ki, bu qrupdan Portuqaliya Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb. İkinci pillədəki Danimarkanın 12 хalı var. Danimarkalılar üçün semə mərhələ artıq başa çatıb. Bu səbəbdən Albaniyanın Fransaya birbaşa vəsiqə qazanmaq şansı var. Onlar bu vəzifənin öhdəsindən gəlmək üçün son oyunda səfərdə Ermənistana qalib gəlməlidi.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol