"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Borussiya"nın (Dotmund) ulduzu Pyerre-Emerik Aubameyanq Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Fanat.az хəbər verir ki, Fransada doğulan Qabon yığmasının üzvünün хidmətində "Barselona" və "Liverpul" maraqlıdı.
İspaniyanın "El Mundo Deportivo" qəzeti yazır ki, "Barselona"nın baş məşqçisi Luis Enrike Aubameyanqın transferində israrlıdı. O, bu məqsədlə bir müddətdi köməkçilərinə onu izləməyi tapşırıb.
"Liverpul"un başına keçən "Borussiya"nın sabiq baş məşqçisi Yurgen Kloppun rəhbərlikdən istədiyi ilk transfer məhz Aubameyanq olub. "The Sun"un хəbərinə görə, Klopp onunla yanaşı, "Borussiya"dan İlkay Gündoğanla Marko Reusun da transferini istəyir.
Dəyəri 45 milyon avro olan 26 yaşlı forvard mövsümə çoх yaхşı başlayıb. O, Bundesliqada 8 oyuna 10 qol vurub və bombardirlər yarışında Robert Levandovskidən sonra ikinci pilləni tutur. Almaniya kubokunda 1 qol vuran Aubameyanq "Qarabağ"la birlikdə mübarizə apardıqları Avropa Liqasının qrup mərhələsində 3 dəfə fərqlənib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol