
Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ"ın "Monako" ilə oyun üçün səfər planı məlum olub. Klubun baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında komandanın oktyabrın 20-də yola düşəcəyini bildirib.
Ağdam təmsilçisini Monakoya aparacaq təyyarə Heydər Əliyev adına Hava Limanından saat 18.00-da uçacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çarter reysi ilə birbaşa Monakoya gedəcək.
Geri dönüş isə oktyabrın 22-də keçiriləcək oyundan sonraya planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək. Oyun II Lui stadionunda keçiriləcək.
Fanat.az