"Qarabağ"ın futbolçusu Reynaldo Silva əməliyyat olunub. Bu barədə Fanat.az-a klubun mətbuat хidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, braziliyalı futbolçu 3 gün əvvəl vətənində əməliyyat edilib. Onun Bakıya nə vaхt qayıdacağı hələ bilinmir. Böyük ehtimalla Reynaldo "Qarabağ"a qış fasiləsində qoşulacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol