11:16 03.11.2015 695

Azərbaycan çempionatı niyə başlamır? - ilginc səbəb

Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatı hələ oktyabrın ortalarında başlamalıydı. Amma hələlik çempionatın nə zaman başlayacağı, ləngimənin səbəbləri barədə heç bir rəsmi açıqlama verilmir. Ehtimallar səslənir ki, çempionat Nəqliyyat naziri Ziya Məmmədov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verənlər üzündən yubanır. Belə görünür ki, çempionatın maliyyə məsuliyyətini üzərinə götürən tapılmır.

Son aylar Nəqliyyat naziri Ziya Məmmədovun bir sıra dövlət tədbirlərində görünməməsi, nazirliyin bəzi səlahiyyətlərinin digər qurumlara verilməsi onun tezliklə vəzifədən çıxarılacağı barədə fərziyyələrə yol açıb. Ancaq nazir bu günlərdə Neftçalada vətəndaşlar üçün qəbul keçirdi.

Son çempionatda mübarizə aparan komandalardan üçü Ziya Məmmədovun ("Azərreyl", "Azəryol", "Lokomotiv"), ikisi isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun ("Rabitə" və "Telekom VK") himayəsində idi. Yalnız "İqtisadçı"ya Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev sponsorluq edir.

Əvvəllər, klubların çoxu bir qayda olaraq Ziya Məmmədovun rəhbərlik etdiyi nəqliyyat sahəsinin himayəsində idi. Məsələn, Azərbaycan Çempionatında "Lokomotiv" adıyla iki komandanın mübarizə apardığı vaxtlar olub. "Nəqliyyatçı" adı isə sponsorun kimliyinə birbaşa işarə edirdi. Elə "Azəryolservis"in maliyyəsi də bu mənbədən gəlirdi.

Bir neçə gün əvvəl MTN olayları ilə əlaqədar "Rabitə"nin prezidenti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov həbs olunub.

"Rabitə" ölkənin ən titullu klubudu. Əli Abbasovun klubu 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ilin isə üçüncüsü, 2011-ci il klublararası Dünya çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. 6 ildi Azərbaycan çempionatlarında yalnız bu klub birinci yeri tutur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin isə voleybola böyük pullar ayırmaq istəməməsi hələ yayda məlum olmuşdu. Çünki "Rabitə" və "Telekom VK" birləşdirilmiş və "Telekom" adıyla fəaliyyətini davam etdirməyə başlamışdı. Bununla da nazir Əli Abbasovun rəhbərlik etdiyi nazirlik faktiki iki klubu maliyyələşdirmək istəmədiyini göstərmişdi. Hərçənd, əvvəllər "Rabitə"yə yetərincə böyük maliyyə ayrılırdı. Son mövsümdə heyətdə çıxış eləyən 12 voleybolçudan 11-i legioner olub.

Son bir ildə voleybol klubları bir-birinin ardınca dağılır. "Şirvan"ın ardınca Ziya Məmmədovun iş ortağı Hafiz Məmmədovun müflis olmasına görə onun maliyyələşdirdiyi "Bakı" və "Lokomotiv Biləcəri" fəaliyyətini dayandırmışdı. Oktyabrın 13-də isə "İqtisadçı"nın meneceri Araz İsmayılov ictimaiyyətə klubun dağılması haqda məlumat verib.

Ayın ikinci yarısında braziliyalı baş məşqçi Aleksandr Rivetti, voleybolçular - Yelena Parxomenko, Yekaterina Jidkova, (hər ikisi - Azərbaycan), Kayla Banvart, Kristi Cekson, Enn Eqlund (hər üçü - ABŞ) və Fatu Diukla (Seneqal) ilə müqavilələr qarşılıqlı şəkildə pozulub.

İndilik "Telekom"un (əvvəlki "Rabitə") taleyi qaranlıq qalır. Böyük ehtimalla, klub fəaliyyətini dayandıracaq. Ziya Məmmədovun klubları - "Azərreyl" və "Lokomotiv" isə Avropa kuboklarında mübarizə aparır.

"İqtisadçı"nın dağılmasından sonra çempionatın 4 klubun ("Telekom", "Azərreyl", "Azəryol" və "Lokomotiv") iştirakıyla noyabrın 6-da start götürməsi müzakirə olunmağa başladı. Son hadisələrdən sonra isə voleybol ictimaiyyətində çempionatın bu il başlamayacağı danışılır.

Çempionata "Qarabağ" adlı əlavə klub cəlb eləmək istəyirdilər. Amma hökumətin maliyyə sıxıntısı bu planı gerçəkləşdirməyə imkan vermədi.

"Azadlıq Radiosu"
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X