
Bir neçə gün əvvəl cənub bölgəsinə yağan leysayn yağışları səbəbindən Lənkərançayın daşması nəticəsində Lənkəran şəhər stadionu su altında qalmışdı. Bu isə "Xəzər Lənkəran"ın "Qarabağ"la ev oyununun doğma meydanda keçirilməsini təhlükə altına salmışdı.
Amma artıq heç bir təhlükə qalmayıb. Klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Fanat.az-a açıqlamasında bildirib ki, su tamamilə çəkilib: "Heç bir problem qalmayıb. Hazırda stadionda son işlər görülür. "Qarabağ"la oyuna qədər heç bir çətinliyimiz qalmayacaq".
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" oyunu noyabrın 8-də keçiriləcək və saat 16.00-da başlayacaq.
Fanat.az