Məşhur ingilis futbol saytı goal.com Qazaxıstanın “Astana” klubunu Azərbaycandan olan komanda adlandırıb. Materialın müəllifi komandanın Çempionlar Liqasında iştirak edən xəsarət almış oyunçuları haqqında məqalədə oyundan bir gün öncə yazıb:
"Azərbaycanlılar çox güman ki, səhhətində problemlər olan Nemanya Maksimoviçsiz oynayacaqlar, onun çərşənbə günü Bakıda meydana çıxacağı da şübhə altındadı".
Xarici idman KİV-i Qazaxıstan və Azərbaycanı tez-tez səhv salır. Belə ki, avqustda Rusiyanın “Sovetski sport” qəzetinin saytı Azərbaycanın “Qarabağ” klubunu Qazaxıstan komandası adlandırıb. Championat.com saytı "Twitter"də də eyni səhvi buraxmışdı.
Ümumiyyətlə, Qazaxıstan tez-tez xarici nəşrlərin coğrafi səhvlərinin qurbanına çevrilir. Avqustda Britaniyanın “The Independent” qəzeti “Astana”nı Əfqanıstan komandası adlandırıb. Daha sonra redaksiya jurnalistin səhvi üçün üzr istəyib.(oxu.az)
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol