Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Yardim Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları dilə gətirib:
"İlk hissədə rəqib güclü idi. İkinci yarıda isə bir “Qarabağ”ı üstələdik. Əsas məqsədimiz qələbə qazanmaq idi. Hər oyuna üç xal üçün çıxırıq. Yaxşı olardı ki, Bakıdan da qələbə ilə qayıdaq. Epizodların birində oyunçularımın "fair-play" qaydalarına riayət etməməsi mənim yox, onların öz qərarı idi".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol