
“Kəpəz” Topaz Premyer Liqasının XIII turunda səfərdə qarşılaşacağı “Qarabağ”la görüşün hazırlığını tamamlayıb. Fanat.az xəbər verir ki, Ağdam klubu ilə oyun öncəsi “sarı-göylər”in heyətində itkilər var.
Bəxtiyar Soltanov cəza üzündən, Dario Frederiko əməliyyat olunduğundan komandaya kömək edə bilməyəcək. Məşqdə zədələnən və ayağında ağrıları olan Tərlan Quliyevin də oynayıb-oynamayacağı sual altındadı. Klubun tibb personalı müdafiəçinin müalicəsi ilə məşğuldu.
Uzun müddət zədəli olan və heyətə yeni qoşulan Kərim Diniyevin isə tam hazır olmadığından oyunu buraxacağı dəqiqdi.
Fanat.az