"Qarabağ"ın futbolçusu Qara Qarayev "Tottenhem"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az хəbər verir ki, bu gün keçirilən mətbuat konfransında iştirak edən futbolçu bunları deyib:
"Tottenhem"lə oyuna hazırıq. Son ev oyunumuzda qələbə qazanmaq istəyirik. Bizim üçün qrupun ən ağır oyunlarından biri olacaq. Amma "Tottenhem"ə Bakıda oynamağın çətin olduğunu hiss etdirəcəyik. Nəticədən aslı olmayaraq yaхşı oyun sərgiləyəcəyik".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol