"Ötən gün "Kəpəz"in prezidenti Mehman Allahverdiyevlə danışdım. O, komandanın hələ tam hazır olmadığını və bir neçə oyunu buraxa biləcəklərini dedi". Fanat.az xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
"Klub yaranan problemləri mümkün qədər aradan qaldırmaq üçün çalışır. Bu, həm heyətə, həm də stadiona aiddi. Onsuz da "Kəpəz" ilk oyununu səfərdə keçirəcək. Cavab görüşünə isə hələ xeyli vaxt var. Ona görə də heç kimin oyununu təxirə salmaq haqda düşünmürük".
Fanat.az