Bir müddət əvvəl yaradılan "İçərişəhər" klubunun I divizionda çıxış edəcəyi açıqlanmışdı. Lakin dünən püşkü atılan aşağı liqada bu komandanın adı olmadı.
Fanat.az xəbər verir ki, PFL prezidenti Ramin Musayev "İçərişəhər"in çempionata qatılmamasının səbəbini açıqlayıb: "İçərişəhər"in I divizionda iştirakını biz də istəyirdik, lakin klubun sənədlərində müəyyən problemlər olduğu üçün bu alınmadı".
Fanat.az