13:59 21.01.2016 823

"Onlar dərhal Rasim Əliyevi döyməyə başladılar" - Təqsirləndirilən şəxs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda Samir Mustafayev və Rasim Əliyevin anası Seyfurə Əliyeva ifadə verib.

Samir Mustafayev ifadəsində digər təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Tanışım Pərviz mənə dedi ki, Bayıla adamlar gələcək, onları qarşılamaq lazımdır. Pərviz Elşən İsmayılovun qohumudur. Mən Elşən də daxil olmaqla digər təqsirləndirilən şəxsləri tanımırdım. Mən tanımadığım həmin şəxsləri Pərvizin xahişi ilə qarşıladım. "Bayıl Market"in qarşısında bizə bir nəfər yaxınlaşdı. Bizə salam verdi. Dərhal onu döyməyə başladılar. Döyülən şəxs Rasim Əliyev idi. Onu yerdən qaldırdım. O da ayağa duran kimi qaçdı. Camal isə mənə "qaç çıx get" dedi. Rasimi Kənan və mən vurmamışam".

R.Əliyevin anası isə bunları deyib: "Rasimə bir neçə dəfə zəng gəldi. Mənə Cavid Hüseynovun zəng etdiyini dedi. Rasim həmin vaxt aralarından olan söhbəti mənə danışdı. O, telefonla Cavidə söyüş söyməyib. Cavid ona yenidən zəng vurdu ki, "bibim oğlu səninlə görüşüb çay içmək istəyir". Sonra Elşən İsmayılov zəng vurdu. Rasimi Cavidlə Elşən evdən aldadaraq çıxardılar. Çünki Rasim onunla gülə-gülə danışırdı. Bir qədər sonra eşitdim ki, Rasimi döyüblər. Xəstəxanada ona Babək həkim baxırdı. O dedi ki, "rentgendən keçib, heç bir problemi yoxdur, dörd qabırğası sınıb". Evə gəldim ki, Rasimə paltar aparım. Oğlum zəng vurdu ki, Cavid Hüseynov və "Qəbələ" klubunun meneceri xəstəxanaya gəlib. Rasim Cavidin peşmançılıq hissi keçirdiyini bildirdi. Oğlum dedi ki, əvvəlcə Cavid Elşənin onun bibisi oğlu olduğunu danıb. Bir qədər sonra Babək həkim zəng vurub dedi ki, Rasimin vəziyyəti pisləşib, özününüzü xətəxanaya çatdırın. Xəstəxanada bizi Babək həkim və Saday həkim qarşıladı. Saday həkim Babək həkimə dedi ki, "Rasimin sağ və sol qabırğaları sınıb, niyə mənə bu haqda deməmisiz?" Babək isə həmkarına "məlumat vermişik də..." dedi. Rasim reanimasiya şöbəsində yatırdı. Məni zorla otaqdan çıxartdılar. Səhərə yaxın oğlum keçindi".

Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. 
C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X