Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimində yenə dəyişiklik edib. Fanat.az xəbər verir ki, IX turun oyunlarının vaxtı dəyişdirilib.
Belə ki, turun qarşılaşmaları oktyabrın 4, 5 və 6-da keçirilməli idi. Lakin PFL yığmanın Şimali İrlandiya və Rusiya yığmaları ilə oyunlara yüksək səviyyədə hazırlaşması üçün bütün qarşılaşmaları ayın 4-nə təyin edib.
Qeyd edək ki, Berti Foqts İsraillə oyundan öncə yığmaya bir həftə hazırlıq keçmək üçün şərait yaratmadıqlarına görə PFL və AFFA-nı suçlamışdı. Görünür, alman bu dəfə istəyinə nail olub.
Fanat.az