10:09 28.04.2016 913

Bir düdüyün tarixçəsi

Əli Sahib


Bir düdüyün tarixçəsi


Olan olub, keçən keçib bəlkə də

İndi daha kövrəlməyin yeri yox...


"Sağ olsun" Əliyar Ağayev! Öncə "svistok"unun səsi, sonra da "Qəbələ"nin halı qulağımda bu misraları cingildətdi. Həqiqətən də hər iki tərəf üçün olan oldu. Bu olanlar Əliyara 5 oyuna başa gələcəksə, "Qəbələ"yə neçəyə başa gələcək? Bəli, səhv yazmadım - neçəyə?


Klub komanda üçün il boyu kubok oyunlarına görə əlavə toplanış təşkil etsin, otellərə pul xərcləsin, yedizdirsin, içizdirsin, mükafat versin. Hələ səfər xərcləri filan qədər, vitaminləşmə və sairə xərcləri demirəm. Sonda da Tale Heydərova çıxıb deyirsən ki, ağeyi Əliyarın düdüyü xərclərimizə düdd etdi. Ağayevin səhvi (hələ ki səhv deyək - red.), Qəbələ təmsilçisinin il boyu  çəkdiyi əziyyəti bir düdüyə buraxılan qorxaq nəfəs ilə havaya sovruldu. 


Düzdü, hələ heç nə itirilməyib, 60/40-a vəziyyət qırmızı - qaraların xeyrinədi. Amma bu faiz 80-20-yə də ola bilərdi. Bu isə o deməkdir ki, "Qəbələ"nin bir səhvə görə final imkanı 40 faiz azaldı. Keçmiş olsun.


Gələk səhvə... Bu situasiyadan şübhələnmək də olar, qələtdi deyib keçmək də. Amma ortada bir klubun yuxarıda qeyd etdiyim əziyyəti, haqqı necə olsun? Həmişə hakimlərimizin yanlış qərarlarını səhv kimi dəyərləndirməyə çalışmışam. Bu dəfə vəziyyət göründüyü kimi "v"-sızdı. Demirəm ki, Ağayev rüşvət alıb, amma...


Əmması odur ki, Xəqani Məmmədov hakimin rəhbəri kimi, Ramin Musayev klubun haqqını qoruyan qurumun prezidenti  kimi araşdırmanı doğru yöndə apara biləcəkmi? Məsələn, Əliyar Ağayevi kim düşündürməyə vadar edə bilər ki, "bax ha, "Neftçi" Elxan müəllimin kurasiyasındadı". Kim gəncəcik "düdüy ifaçısını" gələcək karyerası ilə şantaj edə bilər və yaxud vəd verə bilər? 


Əvvəllər hakimlər Ramin Musayevdən çəkinirdilər, bunu hamı bilir!


İndi vəziyyət başqadı, atam balası. Reallıq budu ki, Elxan Məmmədov binadaxili mübarizədə Musayevə açıq-aşkar qalib gəlib. Bunu o binanın süpürgəçisinə qədər hamı bilir, Əliyar bilməyəcək?  


Hakimlər Komitəsinin qeyri-rəsmi kurasiyası PFL-də olsa da, artıq Musayevin bu işbazlara sözü keçmir. Əslində AFFA-da  hər bir post üçün amansız mübarizə aparan Məmmədov sizcə özünə tabe olan qurumu, rahatlıqla Ramin bəyin kurasiyasına niyə verib? Həəəə... Baxın bu günlər üçün. Hər hakim səhvi Elxan Məmmədovun Musayevə bir silləsidi. 


Halbuki bu səhvə görə PFL prezidenti Elxan Məmmədovu gecə evinə getməyə qoymamalı idi.  Hesabat tələb etməli idi. İndi hesabatı kimdən soruşurlar? Bəlkə səhv deyirəm? O da gün kimi aydındır ki, baş katibin ikinci dəfə "Nefçi"ni zəbt etməsi, birincidə olduğu kimi indi də xalq komandasını enişə aparır. Təsəlliverici durum kubokdu!  


Sözüm ondadır ki, Əliyar toya, bayrama getməlidi. O komitədə elə hakimlər var ki, bir vədə nəinki  Musayevi kreslosu qarışıq, hətta ... Nə isə...


Əliyarın cəzasına gəlincə... Bu situasiyada qəddar olmaq lazımdı. Peşəkarlıq bunu tələb edir. Silin Azərbaycan futbolundan! Bacararsız? Yoxsa hələ lazımınızdı?  Həə, deyə bilərsiz ki, neçə illər, çəkilən xərclər, bağ belə, bostan belə. Nağıldı hamısı. Siz neçə illər futbolda nə etmisiz ki, silmək də çətin olsun? Zatən işiniz silməkdi! Foqtsdan çox xərc çəkmisiz Əliyara? Uzaqbaşı Zelinkanı gətirərsiz. Bundan sonrası Ağayev üçün deyim necə olacaq - kabinetlərdə iki-üç gün var-gəl edəcək. "Qələmin qırılmışdı, mən zamin durdum" sözünü Elxan Məmmədovdan da, Xəqani Məmmədovdan da, Ramin Musayevdən də eşidəcək. Və beləliklə hər üçünə özünü borclu hiss edəcək. Bu bilirsiz nə deməkdi? "Neftçi" - "Qəbələ" oyunundan hələ üçü olacaq Əliyarın ifasında. İyi seyirlər!!!


"Qəbələ" klubuna sözüm odu ki, həmişə hakim səhvlərinə loyal yanaşmısız. Bəli, lehinizə də, əleyhinizə də səhvlər olub. Bu dəfə tamam başqadı. Azərbaycan futbolunu bunların başına "uçurtmağın" vaxtı çatıb. Buna gücünüz də çatar, savadınız da!


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X