Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında II turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, A və B qruplarındakı hakim təyinatları açıqlanıb.
Sabah Belçika ilə qarşılaşacaq yığmamızın qarşılaşmasında çexiyalı Petr Ardeleanu ədalət təmsilçisi olacaq.
FİFA dərəcəli hakimlərimiz Əliyar Ağayevlə Orxan Məmmədov isə müvafiq olaraq Portuqaliya – Şotlandiya və Ukrayna – Avstriya görüşündə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
8 may
II tur
A qrupu
15.30 Portuqaliya – Şotlandiya
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
“Dalğa Arena”
19.00 Azərbaycan - Belçika
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
8-ci km qəsəbə stadionu
B qrupu
14.00 Ukrayna - Avstriya
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu
19.00 Almaniya – Bosniya və Herseqovina
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Vasili Ermişin (Moldova), Balaj Buzas (Macarıstan)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
“Dalğa Arena”
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol