AFFA İntizam Komitəsinin Premyer Liqa və əvəzedicilərin çemionatında VI, I divizionda I turun oyunları ilə bağlı qərarları açıqlandı. Fanat.az xəbər verir ki, komitə son turun oyunlarına görə klubları ümumilikdə 27920 manat cərimə edib.
Ən böyük cəza Premyer Liqa klublarının payına düşüb - 26400 manat. Əvəzedicilərin iki klubu 600, I divizion təmsilçiləri isə 920 manat cərimə olunub.
Premyer Linada hamıdan çox "Qəbələ" "tərləyəcək". Bölgə təmsilçisi 9200 manat ziyana düşüb. "Bakı" 6000, "Xəzər Lənkəran" isə 5000 manat cərimə edilib.
Qəbələ - 9200 (əsas)
Bakı - 6000 (əsas)
Xəzər Lənkəran - 5000 (əsas)
İnter - 3200 (əsas)
Qarabağ - 2100 (2000 m əsas, 100 əvəzedici)
AZAL - 1000 (əsas)
Simurq - 500 (əvəzedici)
Ağsu - 400
Şuşa - 200
Araz - 100
Bakılı - 100
MOİK - 100
Mil-Muğan - 20
Fanat.az